Orduya dəstək verdi, evinin qarşısına “qoşun” çəkdilər
10 aprel tarixində bir qrup hakimiyyət yönülmü gənclər AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya keçiriblər. Həmin aksiyada Əli Kərimlini “bölücülük” və “orduya qarşı” təbliğat aparmaqda ittiham ediblər. Lakin son “3 günlük müharibə” zamanı Əli Kərimlinin sərgilədiyi mövqe aksiya keçirənlərin ittihamlarının əksi olub. Əli Kərimli bu günlərdə öz facebook səhifəsində hamını ordumuza dəstək olmağa, Qarabağın işğalçılardan azad olunması üçün səfərbər olmağa səsləyib. Ölkə ictimaəti sosial şəbəkələrdə həmin aksiya haqqında belə fikirlər paylaşıblar. Onlardan bir neçəsini təqdim edirik.
Yadigar Sadıqov:“Əli Kərimlinin evi önündəki aksiyanın təşkilatçısı saxlanılıb, məhkəmə ona 15 sutka həbs kəsib. Üstəlik, məhkəmə qərar çıxarıb ki, cəza müddəti bitəndən sonra bu məxluq yenə evin önünə gedərək meqafonla “Əli bəy, bağışla, qələt eləmişəm” deməlidir. Deməsə, daha 10 sutka yatacaq.
P.S. zarafat edirəm, birdən ciddi qəbul edərsiniz.”
Natiq Cəfərli:“Hakimiyyetin müxalifet liderlerinin qapısı önünden könüllüleri ellerinde bayraq cebheye yola salmaq teşebbüsünü alqışlayıram. Gözel fikirdir, molodes!”
Tofiq Yaqublu:“İndi xəbər tutdum ki, Əli Kərimlinin evinin qarşısında YAP-çılar aksiya keçirib. Şiddətlə qınayıram və hər kəsi Əli Kərimlini müdafiə etməyə çağırıram. Onu ancaq və ancaq həqiqəti dediyinə görə, bu rejimə qarşı barışmaz mübarizə apardığına görə vururlar.”
Seyran Rəfiyev:“Ay bisavadlar, duxunuz çatır gedin bu aksiyanı Rusiya səfirliyiin qarşısında keçirdin. Hakim partiya ölkə maraqlarını rus-erməni şövinistlərinə satıb, Əli Kərimli yox! Əksinə, müharibə başlayanda Əli Kərimli bütün varlığı ilə ordumuzun yanında olduğunu bəyan etdi. Bu aksiyaları keçirtmək heç kişilikdəndirmi?”
Cəsur Sümərənli:“Belə aksiyanı gedib İlhamın evinin qabağında eləmək lazımdı ki, milləti niyə boş-boşuna qırdırdı… Utanmırlar… Ayıb olsun…”
1Az.TV