Ana Səhifə / Siyasət / AB ölkələrinin səfirləri Boris Nemtsovu andı
Nemtsov

AB ölkələrinin səfirləri Boris Nemtsovu andı

Avropa Birliyinin Rusiyadakı səfiri və Avropa Birliyi ölkələrinin səfirləri Boris Nemtsovun qətlə yetirildiyi Zamoskvoretski körpüsünə gələrək mərhumun qətlə yetirildiyi yerə güllər qoydular. Onlar qətlin siyarişçilərinin tapılması üçün çağırışlar etdilər. 

Fevralın 28-də Avropa Birliyinin Rusiyadakı səfiri Viqaduas Uşatskas və 28 AB ölkələrindən olan səfir həmkarları Boris Nemtsovun qətlə yetirildiyi yerə güllər qoyaraq Rusiya müxalifətinin liderinin xatirəsini andılar. Almaniyanın “Deutsche Welle” radiosunun verdiyi xəbərdə qeyd olunur ki, Viqaduas Uşatskas çıxış edərək bildirib:

“Bu gün bütün səfirlər Nemtsovun xatirəsini yad etməyə gəlib. Biz öz mövqeyimiz olaraq bildiririk ki, qətlin sifarişçiləri və təşkilatçıları, hansılar ki, bu qəddarlığı yerinə yetiriblər tezliklə cəzalandırılaınlar,” – Uşatskas qeyd edib.

O, bildirib ki, Boris Nemtsvola şəxsən tanış idi və o çox dəyərli insan idi. Daha sonra səfir qeyd edib ki, “Zamoskvoretsk körpüsünün adının dəyişdirilərək Nemtsov körpüsü adlandırılması daha doğru qərar olardı. əlbəttə ki, bu qərarın verilməsi üçün moskvalılar bir araya gəlməlidirlər.”

 

Nemtsov

 

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir