Son bir neçə ildə ölkədə baş verən siyasi həbslər zamanı, tez-tez rast gəldiyimiz bir ad var idi – Vəkil Elton Quliyev. Xərcəng xəstəliyindən əziyyət çəkən, lakin bu əziyyətlərə baxmayaraq həbs olunan fədakar insanların daima əziyyətini çəkən dəyərli vəkil Elton Quliyev bütün Azərbaycan ictimaəti üçün böyük itki oldu. Elton Quliyevin həyat yoluna nəzər salaq.
1956-cı ildə Ağdam şəhərində doğulub.
1977-1991-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, istintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.
1991-ci ildə istəyilə daxili işlər orqanlarından çıxıb, öz ixtisası üzrə işləməyə başlayıb.
1996-cı ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub.
Elton Quliyev vəkillik fəaliyyəti dövründə mülki və digər işlərlə yanaşı, siyasi fəaliyyətinə görə həbs olunan insanların da müdafiəsini edirdi. Elton Quliyev keçmiş müdafiə naziri Rəhim Qazıyevin, keçmiş iqtisadi -inkişaf naziri Fərhad Əliyevin, bloggerlər- Adnan Hacızadənin, Emin Millinin, gənc fəal Nigar Yaqublunun, jurnalist Seymur Həzinin, Xədicə İsmayılın və “Nida”çı gənclərin və bir çox başqalarının proseslərinə çıxıb.
2014-cü ilin sonunda ona xərçəng diaqnozu qoyulub. 2015-ci ilin əvvəlində Türkiyədə əməliyyat olunsa da, ötən ilin 16 dekabrında vəfat edib.