Ana Səhifə / Mədəniyyət / DTK – MTN gündəliyi
İlham İsmayil

DTK – MTN gündəliyi

İstefada olan MTN zabiti İlham İsmayılın memuarları işıq üzü görəcək. İlham İsmayıl öz facebook səhfəsində, memuarlarından Moderator.Az saytında dərc olunan kiçik bir hissəsini paylaşıb. 1Az.TV-ə müəllif bildirib ki, kitabın böyük ehtimal ki, yayda dərc olunacağı gözlənilir. Facebook istifadəçiləri tərəfindən belə bir memuarın dərc olunacağı böyük maraqla qarşılanıb. Qeyd etmək istəyirik ki, keçmiş şekistlərin xatirələri həmişə böyük oxucu marağına səbəb olur. Rusiyanın və bir çox ölkələrin keçmiş xəfiyyələri öz gündəliklərini, xatirələrini mütəmadi olaraq dərc etsələr də, bu Azərbaycan tarixində ikinci haldır ki, bir zamanlar hamı üçün məxfi olan məlumatlar hansısa kitabda yer alır. Birinci dəfə Azərbaycanın keçmiş MTN nazırı, hal-hazırda Rusiyada yaşayan Vaqif Hüseynov belə bir addım atmışdı. Ümid edirik ki, İlham İsmayılın da xatirələri böyük maraqla oxunacaq.

 

1Az.TV

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir