Ana Səhifə / Cənubi Qafqaz / Gürcüstanın “Azad Demokratlar” partiyası baş nazirlə görüş tələb edir
Azad Demokratlar

Gürcüstanın “Azad Demokratlar” partiyası baş nazirlə görüş tələb edir

Gürcüstanın “Azad Demokratlar”ın partiyası ölkənin baş naziri və DİN rəhbəri ilə görüş tələbi ilə çıxış edib. Buna səbəb 2 gün öncə partiyanın liderlərindən biri olan Aleks Petriaşviliyə sui-qəsd edilməsi olub.

1Az.TV Gürcüstanın DİN saytına istinadən xəbər verir ki, 26 fevral 2016-cı il tarixində mərhum diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən naməlum şəxslər onlara atış açıblar. Aleks Petriaşviliyə naməlum şəxslər bir neçə dəfə atəş açıblar. A.Patriaşvili ayağından güllə yarası alaraq təcili xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti hal-hazırda qənaətəbəxş hesab olunur.

Fakta əlaqədar  Tbilisi polisi Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə ( qəsdən sağlamlığa ağır xəsarət törətmə) cinayət işi açıb.

“Azad Demokratlar” partiyasının liderlərindən olan Viktor Dolidze ölkə rəsmiləri ilə görüşmək istəklərinin məqsədini belə açıqlayıb:

“Artıq 3 gündür ki, bu hadisə baş verib. Hüquq mühafizə orqanlarının nə etməsi bizi çox maraqlandırır. Hər hansısa bir istintaq hərəkətləri aparılırmı? aparılırsa isti izlərlə cinayətkarların izinə düşə biliblərmi? Ümid edirik ki, bizim sabaha tələb etdiyimiz görüş baş tutacaq,” – deyərək Viktor Dolidze bildirib.

Qeyd etmək istəyirik ki, bu hadisə Gürcüstanda məhz qəbristanlıqda 1 il ərzində baş verən siyasi motivli ikinci cinayətdir. Belə ki, keçən ilin yanvar ayında Kaspi rayonu ərazisində oğlunun məzarını ziyarətə gələn Yuri Vazqalaşvili partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuşdu. Yuri Vazqalaşvili  uzun müddət idi ki, 2006-cı ildə Tbilisidə polislərin keçirdiyi “xüsusi əməliyyat” zamanı oğlu Zurab Vazqalaşvilinin günahsız yerə öldürülməsinə etiraz edirdi və günahkarların cəzalandırılmasını tələb edirdi.

1Az.TV

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir