Ana Səhifə / Cənubi Qafqaz / Hərbi ekspertdən təhlükə haqqında ciddi anons
Cesur

Hərbi ekspertdən təhlükə haqqında ciddi anons

Tanınmış hərbi jurnalist və ekspert Cəsur Sümərənli Azərbayccanın milli təhlükəsizliyi ilə bağlı olduqca ciddi fikirlər səsləndirib. Hərbi ekspertin facebook səhifəsində paylaşdığı fikirləri olduğu kimi təqdim edirik.

“Vətənpərvər dostlarımı ruhdan salmaq istəmirəm. Amma reallığı bilmək vacibdir.
Mövcud durum onu göstərir ki, Azərbaycanda milli təhlükəsizlik xarakteri daşıyan hərbi-siyasi qərarların verilməsinin və icrasının məxfiliyi ciddi sual altına düşüb. Belə ki, ölkənin Təhlükəsizlik Şurasında və eyni zamanda Müdafiə Nazirliyində verilən əsas qərarlar, göstərişlər, çəkilən xəritələr, planlar və s. Rusiyanın hərbi siyasi dairələri ilə bölüşdürülür. Ermənistanın 3 qat (1) ikitərəfli hərbi-strateji müttəfiqlik, 2) 102 saylı hərbi baza üzrə müttəfiqlik və 3) KTMT çərçivəsində müttəfiqlik) hərbi-strateji müttəfiqi olan Rusiyanın Azərbaycandan gələn hər hansı hərbi xarakterli sənədi dərhal Yerevana ötürmədiyinə inanmıram…
Belə durum 2-5 aprel savaşı ilə bağlı bəzi suallara aydınlıq gətirə bilər…
Ölkə faktiki Rusiyanın işğalına sürüklənir. Hazırda Azərbaycanı idarəedənlərin Rusiya tərəfindən tam miqyasda təsir altına salınması prosesi reallaşdırılır. Bunun ardınca açıq ərazi işğalı da baş verə bilər…”

 

1Az.TV

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir