Uzun müddətdir ki, İsveçrə cəmiyyətində qızğın müzakirə obyektinə çevrilən SVP (Schweizerischen Volkspartei – SVP) İsveçrənin Xalq Partiyasının irəli sürdüyü təşəbbüs, bu il keçirilən referendumda iflasa uğradı.
1Az.TV İsveçrə mətbuatına istinadən bildirir ki, əgər qanun layihəsi səs çoxluğu qazanadrısa, cinayət törətmiş miqrantlar məhkəmənin hökmu olmadan ölkədən deportasiya edilə bilərdilər. Qanun layihəsi nəinki miqrantlara, hətta miqrantların İsveçrədə dünyaya gəlmiş övladlarına da şamil oluna bilərdi. İsveçrədə fəlaiyyət göstərən hüquq müdafiə təşkilatları və bir çox hüquq müdafiəçiləri bu təklifin əslində İsveçrə məhkəmələrinin azadlığını məhdudlaşdırmaq, insan haqlarını kobud surətdə pozlulması kimi dəyərləndirirdilər. Bir çox təşkilatlar SVP-nin təklif etdiyi qanun layihəsinə qarşı geniş kapmaniya apardılar. Beləliklə müzakirəyə çıxarılan demokratiyaya zidd qanun layihəsinə isveçrəlilər “YOX” dedi. İsveçrənin 26 kantonundan yalnız 6 kanton İsveçrənin Xalq Partiyasının təklif etdiyi qanun layihəsinə “HƏ” dedi. Ümumilikdə isə qanun layihəsi qəbul olunmadı.
1Az.TV