Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Con Kerri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
ANS PRESS-in məlumatına görə, müzakirələr telefon vasitəsi ilə aparılıb. Bu barədə məlumatı Rusiya XİN yayıb.
Xəbərdə bildirilir ki, hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatdırlar. Tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.
Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.
Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.

Facebook Şərhləri