Ana Səhifə / Siyasi məhbuslar / Məşhur vəkil siyasi məhbusu belə təsvir etdi
Ömər Məmmədov

Məşhur vəkil siyasi məhbusu belə təsvir etdi

REAL idarə heyətinin üzvü, vəkil Xalid Bağırov müdafiə etdiyi siyasi məhbus Ömər Məmmədovu belə təsvir etdi:

“Düzü bir az gecikdim. Dünən mənim qəhrəmanımın doğum günü idi. O sitayiş etdiyim və ya yaratdığım qəhrəman yox, sadəcə mənim qəhrəmanım idi. Mən onu qəhrəman olaraq hər hansı prototipdən və ya sırf öz təxəyyülümdən icad etməsəm də, onu qəhrəman olaraq kəşf etmişdim. Şüvəlan türməsinin sınıq salxaq istintaq otağında, oturub, hardasa 165 sm boylu, heç nə ifadə etməyən, hətta deyərdim ki, ətrafa və ətrafdakılara biganəliyi açıq görünən sifət ifadəsi ilə, sanki yerimirmiş, sürüşürmüş kimi, qoltuğunda kitabı əskik olmayan, mənə doğru gələn 19 yaşlı onu hər dəfə uzaqdan müşahidə edəndə, kəşf etmişdim.
19 yaşlı dedim? Gözlərində və çiynində 50 ilin dərinliyi və yükü var idi. Mən zindanda onunla birlikdə susmağı öyrəndim. Adamlar birlikdə mənalı susa bilərmişlər. O mənim siyasi vəkillik, ümumiyyətlə vəkillik karyeramda yeganə (yəqin belə də qalacaq) məhbus idi ki, mən onun məhbusluğunu rahatlatmaq üçün psixoloji dəstək metodlarından istifadə etmədim. Sadəcə onunla susmaqdan həzz aldım. İstirahət etdim yanında…”

Xalid Bagirov

 

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir