Ana Səhifə / Mühacirat / “Mühacirlər” layihəsininin yeni filmi – VİDEO
Migrants

“Mühacirlər” layihəsininin yeni filmi – VİDEO

Marka Film Productionun layihəsi olan “Mühacirlər” filminin yeni bölümü yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq. Filmin ikinci bölümü Almaniyanın Frankfurt şəhərində yaşayan siyasi mühacir İlham Həsən haqqındadır. Qarabağ müharibəsi zamanı Kəlbəcərdə özünümüdafiə batalyonu yaradan, sonradan Əbülfəz Elçibəy tərəfindən Kəlbəcər rayon icra hakimiyyətinin başçısı təyin olunan İlham Həsən film böyu həmin ərəfədə baş verən hadisələr haqqında danışır. Filmdə eyni zamanda həmin ərəfədə ölkədə baş verən hadisələr, daha sonra Gəncədə qaldırılan qiyam, Heydər Əliyevin Bakıya gəlməsi və bir çox hadisələr haqqında geniş məlumatlar yer alır. Filmin çəkilişi 2014-cü ildə baş tutub. Filmin müəllifi Laçın Məmişov 1Az.TV-ə film haqqında şərh verib:

“Filmin ərsəyə gəlməsinin belə çox vaxt aparması, həmin dövrdə Azərbaycanda baş verən bir çox hadisələr ətrafında araşdırma etdiyim üçün oldu. Təsəvvür edin ki, həmin dövrlə əlaqəli nə qədər video xronikalar varsa, hamısına dəfələrlə baxmalı və hamısını təhlil edib, filmdə həmin xronilakardan istifadə etməli idim. Həmçini son 25 ilin video xronikasını tapmaqda böyük çətinlik çəkirəm. Videoların demək olar ki, hamısı ANS arxivindədir. Lakin ANS-ə müraciət etməyimiz də nəticəsiz qaldı. Youtube saytında olan videoların da böyük əksəriyyəti çox bərbad vəziyyətdədir. Videonu hər dəfə yükləyən istifadəçilər, həmin videoların üzərinə ağıllarına gələn loqo və digər informasiyaları yerləşdirməsi bizim üçün böyük problemlər yaradır.”

Qeyd etmək istəyirik ki, filmin ilk bölümü Fransada yaşayan siyasi mühacir, AXCP üzvü İnqlab Kərimov haqqında idi.

1Az.TV

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir