“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının həbs yerləri və siyasi məhbuslarla bağlı son hesabatının ingiliscəyə tərcüməsi başa çatdı. Bu barədə təşkilatın rəhbəri Oktay Gülalıyev öz facebook səhifəsində məlumat yayıb. Məlumatda Oktay Gülalıyev bildirir:
“Dəyərli insanlar, etibarlı dostlar həm də böyük xəzinə deməkdir. Güc, enerji mənbəyi, bitib- tükənməyən sərvət deməkdir.
Təmsil etdiyim “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının həbs yerləri və siyasi məhbuslarla bağlı son Hesabatının ingiliscəyə tərcümə olunmasında müəyyən çətinliklər var idi. Dostların dəstəyi ilə qısa zamanda sənədi tərcümə etdirə bildik. Hələ üstəlik siyasi məhbuslarla bağlı saytın da hazırlanması işlərini sürətləndirdik. Yaxın vaxtlarda saytı da sizlərin istifadəsinə verəcəyik, inşallah.
Bir daha dəyərli insanlara, təmannasız dostlara, həbsdə olan siyasi məhbuslara dəstək verən hər kəsə sonsuz təşəkkürlər edirik!”