Ana Səhifə / Cəmiyyət / Ürəklərdə heykəl qoydun
Samir goyde copy

Ürəklərdə heykəl qoydun

O, Şamaxıda dünyaya gəldi. Böyüdü, yola çıxdı…bu yola çıxarkən heykəltaraş omaq istədi. Ali məktəbə qəbul olundu, sənətinin sirrlərini öyrəndi. Bəlkə də ürəyində kiminsə, hansısa böyük tarixi şəxsiyyətin, şairin, yazıçının heykəlini yaratmaq arzusu var idi. Orduya çağırış vərəqəsi gəldi. Hərbi xidmətə yola düşməmişdən qohumları, dostları yığışdı. Yeyib-içdilər, deyib-güldülər…arzular, xəyallarla dolu bir gecədə ayrıldılar. Gecəni xeyli xəyallara daldı. Bəlkə də sevdiyi qızı düşünürdü, bəlkə də elə sevdiyi ilə yazışırdı…Şamaxıya günəş doğanda o da yatağından qalxdı. Valideyinlərinin xeyir duasını alıb, hərbi xidmətə yola düşdü. Baharın ilk günlərində düşmən gülləsinə tuş gəldi, ŞƏHİD oldu. Bu şəhadəti ilə də özünə ürəklərdə heykəl qoydu. Bu Samir Kaçayev idi…

Allah rəhmət eləsin!

Ağ köynəyim batıb qana,

Yarım ağlar yana-yana.

Götürün məni Şirvana,

Udum cənnət havasından…

1Az.TV

Samir goyde copy

 

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir